"Tottenhem" Çempionlar Liqasında mübarizəni dayandırıb. London klubu qrup mərhələsinin 5-ci oyununda "Monako"ya uduzub - 1:2.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, matçdan sonra komandanın baş məşqçisi Maurisio Poçettino bunları deyib:
"Edilən səhvləri təhlil etmək üçün vaxtımız olacaq. Özümüzü məyus hiss edirik. Bu gün bir sıra qol imkanlarımız oldu. Çempionlar Liqasının pley-off mərhələsinə çıxmağa layiq deyildik. Bunun üçün lazımi səviyyədə oynamadıq. Öz səhvlərindən öyrənib daha yaxşı olursan. Artıq Premyer Liqada bizi qabaqlayan komandalarla xal fərqini aradan qaldırmaq üçün çalışacağıq".
Milli.Az