DGK: Çindən Azərbaycana saxta yumurta və düyü ixrac edilməyib

DGK: Çindən Azərbaycana saxta yumurta və düyü ixrac edilməyib
19:22 23 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ "Son günlər bir sıra kütləvi informasiya vasitələrində Çindən Azərbaycana saxta yumurta və düyü idxal edilməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır". 
Dövlət Gömrük Komitəsindən "Report"a verilən məlumata görə, 2016-cı il ərzində Çindən Azərbaycana, ümumiyyətlə, yumurta idxalı qeydə alınmayıb və bu ölkədən Azərbaycana saxta yumurta idxal edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bildirilib ki, 2016-cı ildə Azərbaycana Çin istehsalı olan cəmi 2 ton düyü idxal edilib: "Belə ki, Çindən Rusiyaya göndərilən düyü məhsulunun cəmi 2 tonu Rusiya şirkəti tərəfindən standartlara uyğun qablaşdırılaraq Azərbaycana ixrac edilib. Həmin məhsul hər iki dövlətin qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada gömrük nəzarətindən keçirilib və gömrük rəsmiləşdirilməsi üçün lazım olan sənədlər qanunvericiliyin tələblərinə tam cavab verir".

Xəbərin orijinal ünvanı: https://report.az/ask/cinden-azerbaycana-saxta-yumurta-ve-duyu-ixrac-edilmeyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR