Misir prezidentinin əfvi ilə 82 gənc məhbus azadlığa buraxılıb

Misir prezidentinin əfvi ilə 82 gənc məhbus azadlığa buraxılıb
19:27 23 Noyabr 2016
66 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Misir Prezidenti Əbdul Fəttah Əl-Sisi əfv sərəncamı imzalayıb.
"Report"un məlumatına görə, sərəncamla 82 misirli gənc cəzalarının çəkilməmiş hissəsindən azad edilib.
Siyahıya əsasən universitet tələbələri, o cümlədən üç jurnalist də daxildir. Gənc məhbusların siyahısı prezident tərəfindən yaradılmış müstəqil komitənin tövsiyələri əsasında ötən ay Şarm Əl-Şeyxdə keçirilən birinci Gənclər Konfransında tərtib edilib. Sənəd bu il ərzində prezident tərəfindən imzalanan dördüncü əfv sərəncamıdır. 
Xatırladaq ki, yeni əfv olunan məhbuslar müxtəlif ittihamlarla, əsasən qeyri-qanuni etirazlara görə azadlıqdan məhrum olunublar.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/misir-prezidentinin-efvi-ile-82-genc-mehbus-azadliga-buraxilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR