"Azərikimya" İB-də Litva Bələdiyyələr İttifaqının nümayəndə heyəti ilə görüş olub

"Azərikimya" İB-də Litva Bələdiyyələr İttifaqının nümayəndə heyəti ilə görüş olub
19:37 23 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ "Azərikimya” İstehsalat Birliyində Litva Bələdiyyələr İttifaqının prezidenti, Druskininkay şəhərinin meri Ricardas Malinauskasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. 
“Report”un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Azərbaycan neft-kimya sənayesinin inkişaf mərhələləri, Sumqayıtın kimya sənaye mərkəzi kimi yenidən qurulması, “Azərikimya”nın istehsalat sahələrində aparılan yenidənqurma və modernizasiya işləri və perspektiv layihələr haqqında, eləcə də Sumqayıt Kimya Sənaye Parkı, Karbamid zavodu və SOCAR-Polymer MMC haqqında da qonaqlara məlumat verib.
Səmimi qəbula görə minnətdarlığını bildirən Litva Bələdiyyələr İttifaqının prezidenti, Druskininkay şəhərinin meri R.Malinauskas ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğulamış, Litva hökumətinin Azərbaycanla dost münasibətlərini daha da inkişaf etdirmək istədiyini, iqtisadiyyata, o cümlədən neft-qaz və kimya sektoruna xüsusi önəm verdiyini qeyd edib, bu əməkdaşlıqların Azərbaycan-Litva münasibətlərinin inkişafına yeni töhfə verəcəyinə əminliyini bildirib.
“Azərikimya” İB-dəyaradılmış Heydər Əliyev güşəsini ziyarət edən qonaqlara Ulu öndərin müəllifi olduğu yeni neft strategiyasının bu gün möhtərəm prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi haqda ətraflı məlumat verilib, digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Görüşdə Milli Məclisin deputatı Kamran Nəbizadə və Sumqayıt şəhər Bələdiyyəsinin sədri Sultan Əsədov da iştirak edib.






Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerikimya-i-b-de-litva-belediyyeler-i-ttifaqinin-numayende-heyeti-ile-gorus-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR