DGK: Azərbaycana saxta yumurta və düyü idxal edilməyib

DGK: Azərbaycana saxta yumurta və düyü idxal edilməyib
19:43 23 Noyabr 2016
116 Digər
Ölkə mətbuatı
A- A+

Bu il Çindən Azərbaycana, ümumiyyətlə yumurta idxalı qeydə alınmayıb.

Publika.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumatda həmçinin qeyd olunur ki, 2016-cı ildə Azərbaycana Çin istehsalı olan cəmi 2 ton düyü idxal edilib.

Çindən Rusiyaya göndərilən düyü məhsulunun cəmi 2 tonu Rusiya şirkəti tərəfindən standartlara uyğun qablaşdırılaraq Azərbaycana ixrac edilib ki, həmin məhsul da hər iki dövlətin qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada gömrük nəzarətindən keçirilib və gömrük rəsmiləşdirilməsi üçün lazım olan sənədlər qanunvericiliyin tələblərinə tam cavab verir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR