"Kurtlar Vadisi"nin "Ömer baba"sı: "Əxlaqlı olsun" - FOTO

"Kurtlar Vadisi"nin "Ömer baba"sı: "Əxlaqlı olsun" - FOTO
20:05 23 Noyabr 2016
172 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Kurtlar Vadisi"ndə "Ömer baba" obrazını canlandıran Emin Olcay bir proqramda həmkarı Dəniz Oral haqda ittihamlar səsləndirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, D.Orala 4 min lirə (təxminən 2 min manat) borc verdiyini, amma həmkarının pulu qaytarmadığını bildirib. E.Olcay "Niyə hüquqi yollara baş vurmadınız" sualına "Mən şikayət etsəydim, çox ağır cəzalar ola bilərdi" deyib.

Aktyor pulu verdiyini sübut edən mesajların olduğunu deyib:

"Mənim pulumu verməsə də olar, amma əxlaqlı bir aktyor olsun",

E.Olcay D.Oralın təkcə ondan deyil çəkiliş meydançasındakı fotoqrafdan da borc aldığını deyib.

Qeyd edək ki, aktyorlar birgə "Çarşı pazar" filmində rol alıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/492384.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR