Əvvəl özümü pis hiss edirdim, depressiyaya qapılırdım. Lakin indi o dövr geridə qaldı. Hər şey yaxşıdır.
Məşhur amerikalı müğənni Anasteyşa Flaunt jurnalına müsahibə verib, çılpaq fotosessiyaya çəkilib.
Milli.Az The Sun-a istinadən bildirir ki, 48 yaşlı müğənni masteoktomiya əməliyyatlarından sonra ilk dəfə kamera qarşısına keçib. O, cərrahiyyə əməliyyatlarından sonra vücudunda qalan çapıqları göstərməkdən də çəkinməyib.
"Əvvəllər paparassilərin çəkdikləri fotolarımı görəndə sinirlənirdim. İndisə özümü tam normal hiss edirəm. Çünki bu çapıqlar mənim bir hissəmdir", - Anesteyşa deyib.
Milli.Az