Qazaxda yük maşını aşıb, xəsarət alan var

Qazaxda yük maşını aşıb, xəsarət alan var
21:02 23 Noyabr 2016
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Qazax. 23 noyabr. REPORT.AZ/ Qazax rayonunda yük maşını aşıb. 
"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayonundan keçən hissəsində, "Su-15" dairəsi adlanan ərazidə qeydə alınıb. 
Belə ki, qumla yüklü "KamAZ" markalı maşın Gürcüstan istiqamətində hərəkətdə olarkən yol kənarındakı maneyə çırpılaraq aşıb. Yük yola və yaxınlıqdakı avtomobillərin üzərinə tökülərək maşınlara zərər vurub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan yük maşının sürücüsü Qazax Rayon Diaqnostika Mərkəzinə yerləşdirilib. Hazırda yolun qumdan təmizlənməsi üçün işlər aparılır.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qazaxda-yuk-masini-asib-xesaret-alan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR