ATƏT: Donbasda ağır silahlar işə düşüb

ATƏT: Donbasda ağır silahlar işə düşüb
21:05 23 Noyabr 2016
118 Dünya
Ölkə mətbuatı
A- A+

Donbasda münaqişə tərəfləri bir-birlərinə qarşı ağır silahlardan istifadə edirlər.

Milli.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu ATƏT-in xüsusi nümayəndəsi Martin Saydik Ukrayna üzrə Təmas qrupunun iclasından sonra bəyan edib.

"Təmas xəttində vəziyyət gərgin olaraq qalır, atəşkəsin müntəzəm pozulması halları qeydə alınır", - deyə M.Saydik bildirib.

Onun sözlərinə görə, tərəflərin bir-birlərinə qarşı ağır silahlardan istifadə etməsi ölüm halları ilə nəticələnir. "Halbuki, ağır silahlar təmas xəttində olmamalıdır", ATƏT rəsmisi vurğulayıb.

Martin Saydik bildirib ki,  noyabrın 29-da "Normand dördlüyü" XİN rəhbərlərinin görüşü gözlənilir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/492442.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR