Azərbaycanda daha niyə hit yaranmır? - QƏRİBƏ SƏBƏBLƏR

Azərbaycanda daha niyə hit yaranmır? - QƏRİBƏ SƏBƏBLƏR
21:47 23 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Mahnı var ki, bir gündə yazılır, amma bir ömür hitə çevrilir. Elə özümdən danışım, uşaqlıqda müğənnilərin ifasında eşitdiyim elə mahnılar var ki, indi də yadımdadır və zümzümə edirəm. Baxmayaraq ki, bu gün yetərincə müğənnilər də var, musqilər də bəstələnir. Amma həmin bəstələrin 50-60 ildən sonra əvvəlki mahnılar kimi hit olacağına heç inanmağım gəlmir. Mən çox qabağa getdim, deyəsən... Gələcəklə bağlı proqnozlarımı bir kənara qoyub, yaxın keçmişə nəzər salsaq, görərik ki, insafən, müxtəlif illərdə bir neçə mahnı hitə çevrilə bilib. Amma nədənsə, son vaxtlar hit mahnı tapıb, dinləmək müşkülə çevrilib. Gəlin konkretləşdirək. 2016-cı il artıq sona çatmaq üzrədir. Bəs sizcə, 2016-cı ilin hit mahnıları oldumu?

Məsələn, reper Miri Yusiflə və Əməkdar artist Röyanın ifa etdiyi "Səndən bir dənədir", Röyanın "Kəsin bilgi", Xalq artisti Faiq Ağayevin "Uşaq kimi" mahnıları sevildi. Amma ümumilikdə, "bomba" effekti verən musiqilər oldumu?

Milli.Az publika.az-a istinadən şair, bəstəkar və müğənninin birgə məhsulu olan hit mahnılarla bağlı araşdırmanı təqdim edir.

"Bir dəfə oxuyur, sonra da başlayır özünə toy tutmağa"

Xalq artisti Oqtay Rəcəbov bu gün musiqilərin hitə cevrilə bilməməsinin səbəbini belə izah edib:

"Peşəkar bəstəkarlar yazmır. Fikir verirsinizsə, bu gün daha çox qeyri-peşəkarlar, musiqidən başı çıxmayanlar mahnılar yazır. Onların yazdıqları da müğənnilərə sərf edir. Çıxıb efirdə bir dəfə oxuyur, sonra da başlayır özünə toy tutmağa. Toyxana səviyyəsində yazılan mahnılara maraq daha çoxdur, nəinki dərin musiqilərə. Bu mahnılar da üç gün, beş gün oxunur, dinlənilir, amma bir-iki aydan sonra yaddan çıxır. Mən nəinki son bir ildə, ümumiyyətlə, son illərdə hit mahnılara rast gəlməmişəm. Çörəyi çörəkçiyə vermək lazımdır".
"Kitab oxumayan dinləyici dərin musiqidən nə anlayacaq?"

Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Vüqar Camalzadə isə əksinə, hesab edir ki, Tofiq Quliyev kimi görkəmli bəstəkar sağ olsaydı və bu gün onun mahnıları populyar ola bilməzdi. Səbəbini isə belə izah edib:

"Bu gün mahnılar hitə çevrilmir, çünki insanların intellekt səviyyəsi aşağıdır. Onları bəsit, məzmunsuz mahnılar daha çox cəlb edir. Baxırsan ki, nə mahnı mahnıdır, nə sözləri söz. Söz yığınından ibarətdir. Dövr dəyişib və insanların intellektual səviyyəsi aşağı düşüb. Kitab oxumayan dinləyici dərin musiqidən nə anlayacaq? Tofiq Quliyev bu gün sağ olsaydı, hitə çevrilən o musiqiləri bu gün bəstələsəydi, heç də əvvəlki populyar olmayacaqdı. Çünki onun həmin dövrdə dinləyicisi ilə bugünün dinləyicisi arasında yerlə-göy qədər fərq var".
"Primitiv ayaq melodiyasına hit deyirlər"

Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu nəinki son bir ildə, ümumiyyətlə, son illərdə onu silkələyən, düşüncələrə daldıran mahnılar eşitmədiyini söylədi:

"Mən elə öz sözlərimə yazılan mahnıları da o sıraya qatıb deyirəm ki, məni son illər silkələyən, düşündürən mahnılara rast gəlmirəm. Əslində mənim "hit" sözündən zəhləm gedir. Bu gün hit adlandırdığımız o mahnılar "üçgünlük", uzaqbaşı "biraylıq" mahnılardır. Mən o mahnıları fişəngə bənzədirəm. Bir dəfə atırsan, bir anın içində göy üzü işığa qərq olur, amma sönən kimi də aləm zülmətə bürünür. Hit dediyiniz o mahnılar da fişəng kimidir. Bir həftə, bir ay durmadan toyda-yasda, nə bilim istənilən yerdə dinlənilir, efirlərdə səsləndirilir. "Palatka toy"larının estetikasını efirə gətiriblər. İndi primitiv ayaq melodiyasına "hit" deyirlər. Mən heç istəmərəm sözlərimə yazılmış mahnılarım belə hit olsun. Amma hitlər yazılıb 70-80-ci illərdə. O dövr musiqinin qızıl dövrü sayılıb. Nə yazılırdısa, hitə çevrilirdi. "Qara gözlü cavanlığım", "Tələbə, tələbə", "Ey həyat sən nə qəribəsən", "Payız gəldi"... hansı birini sayım. İndi belə mahnılar yazılmır. Bir boşluq var. Bir neçə bəstəkarımız var, onlar dünyasını dəyişəndən sonra kimi dinləyəcəklər? Onların yerini doldura biləcək bəstəkarlar yetişməyib. Yalandan sinəsinə döyməklə deyil e, mən o hitləri eşidə bilmirəm".

"Müğənni pul xərcləmək istəmir, amma..."

Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli də son hiti xatırlaya bilmədi, cavabı isə qısa və konkret oldu:

"Bu gün müğənnilər ucuz və havayı mahnı axtarışındadırlar. Hit mahnı həm də maliyyə tələb edir. Gərək bəstəkara bəlli bir məbləğ verəsən ki, o da sənin üçün hit mahnı bəstələsin. Pul xərcləmək istəməyən müğənni də hit oxuya bilməyəcək. Müğənni pul xərcləmək istəmir, amma ürəyindən hit keçir. Qısa və konkret səbəb budur".

"Təki efirə çıxsın, oxusun və..."

Xalq artisti Akif İslamzadə hitlərin yaranmamasının səbəbini belə izah edib:

"İndi dəyərlər, zövqlər dəyişib. Müğənnilər mahnıları daha çox özünə reklam qazanmaq məqsədilə oxuyur. Təki efirə çıxsın, oxusun və özünü gündəmə gətirsin. Bunda da bir məqsəd var, özünə toy bazarında yer eləmək, vəssalam. Buna görə də dərin və hitə çevriləcək mahnılar yaranmır. Mən eşitməmişəm".

Xalq artisti son illərin hiti olaraq Aygün Səmədzadənin "Tut ağacı" mahnısının adını çəkdi.

Belə...

Araşdırmamızın məqsədi əslində son bir ilin hitini müəyyənləşdirmək idi. Amma biz nəinki 2016-cı ilin hitini müəyyən edə bildik, müsahiblərimin içərisində son illərin hitini belə xatırlayan olmadı. Akif İslamzadə istisna olmaqla. Təəssüflənməkdən başqa çarəmiz qalmır. Biz heç olmasa, zümzümə etməyə mahnı tapırıq, amma 30-40 ildən sonra indi böyüyən nəsil hansı Azərbaycan mahnısını xatırlayıb zümzümə edib, "bu 2000-ci illərin hitidir"-, deyəcək, bax bu sual açıq qalır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Qazprom" Azərbaycanda nümayəndəlik açır

25 Sentyabr 2017 10:14

Azərbaycanın İraqdakı konsulu İŞİD-dən xilas edilən uşaqlara baş çəkdi

25 Sentyabr 2017 10:09

Zaqatalada 3 hektar ərazi yandı

25 Sentyabr 2017 10:08

TANAP-ın Mərmərənin dibi ilə keçən hissəsinin tikintisinə start verilib

25 Sentyabr 2017 10:07

Fariz Nəcəfov: “Kim günhkardısa, ciddi şəkildə cəzalanacaq”

25 Sentyabr 2017 10:07

48 yaşlı kişi özünü turnikdən asdı - BAKIDA

25 Sentyabr 2017 10:04

AZƏRBAYCANLI müğənniyə AĞIR İTKİ

25 Sentyabr 2017 10:03

Donald Tramp daha üç ölkənin vətəndaşlarına ABŞ-a girişi qadağan edib

25 Sentyabr 2017 10:02

Zaqatala meşəsində baş verən yanğın söndürülüb

25 Sentyabr 2017 10:02

Millimizdə yeni futbolçu

25 Sentyabr 2017 09:57

BAKI: 695 bal toplayan tələbə bu ixtisası seçdi

25 Sentyabr 2017 09:56

Heydər Əliyev Sarayında "Məşhurlar və övladları"

25 Sentyabr 2017 09:54

Zavodda GÜCLÜ PARTLAYIŞ: 8 ölü, 30 yaralı

25 Sentyabr 2017 09:53

Bakıda 48 yaşlı kişi intihar edib

25 Sentyabr 2017 09:52

VALYUTA MƏZƏNNƏLƏRİ

25 Sentyabr 2017 09:48

İraqda sığınacaqda saxlanılan azərbaycanlı uşaqlardan birinin qohumları tapıldı - FOTO

25 Sentyabr 2017 09:48

Adriana Limanın yəhudi əsilli sevgilisi PİS VƏZİYYƏTDƏ QALDI - FOTO

25 Sentyabr 2017 09:48

Payız zövqünüzü bizimlə yeniləyin

25 Sentyabr 2017 09:47

Zaqatalada meşə yanğını söndürülüb

25 Sentyabr 2017 09:44

Azərbaycan akademik avarçəkəni dünya çempionatında mübarizəyə başlayıb

25 Sentyabr 2017 09:42

Cəbhədən son məlumat

25 Sentyabr 2017 09:41

Arda Turan sevgilisindən yenə ayrıldı - FOTO

25 Sentyabr 2017 09:39

Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutuldu

25 Sentyabr 2017 09:38

Konsul Zəbi Axundov İraqda saxlanılan azərbaycanlı uşağa baş çəkib

25 Sentyabr 2017 09:37

Ramin Musayev: "Kişi kişini vurar da…"

25 Sentyabr 2017 09:37

Atəşkəs 148 dəfə pozulub

25 Sentyabr 2017 09:34

Tuba Büyüküstünün eks-ərindən ŞOK AÇIQLAMA: “Onun sevgilisi var deyə…”

25 Sentyabr 2017 09:33

Dünya birjalarında neft

25 Sentyabr 2017 09:31

Tarixi referendum başladı – KÜRDÜSTAN MÜSTƏQİL OLUR

25 Sentyabr 2017 09:29

Aydın Əliyev Ağdamda qəbul keçirəcək

25 Sentyabr 2017 09:28

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (25.09.2017)

25 Sentyabr 2017 09:27

AŞPA-nın Alt Komitəsi bu gün Afinada həlli uzanan münaqişələrin nizamlanması məsələsinin müzakirə edəcək

25 Sentyabr 2017 09:27

Erməni tərəfi atəşkəs rejimini 148 dəfə pozub

25 Sentyabr 2017 09:27

Mərkəzi Bank günün məzənnəsini

25 Sentyabr 2017 09:27

11 yaşlı qızı zorlayan azərbaycanlı həbs edildi

25 Sentyabr 2017 09:24

Tikintidə İNANILMAZ qəza: Dəmir qarnından girib başından çıxdı -VİDEO

25 Sentyabr 2017 09:23

"Yaxşı ki atama oxşamamışam" - məşhur müğənninin oğlu

25 Sentyabr 2017 09:19

Neft ucuzlaşdı

25 Sentyabr 2017 09:18

Sentyabrda necə geyinək?

25 Sentyabr 2017 09:14

Cüdoçularımız Avropa çempionatından 5 medalla qayıdır - FOTOLENT

25 Sentyabr 2017 09:09

Neymarın maaşı Messi və Ronaldonu qısqandırdı

25 Sentyabr 2017 09:07

ABŞ-da həbsxanada qiyam - Ölən və yaralananlar var

25 Sentyabr 2017 09:03

İran Qərbi Azərbaycanda təlimlərə başladı

25 Sentyabr 2017 08:38

Trampdan yeni fərman - Daha 3 ölkə üçün qapılar bağlandı

25 Sentyabr 2017 08:28

Azərbaycan filmi Böyük Britaniyada nümayiş olunacaq

25 Sentyabr 2017 08:13

Bakıda avtoxuliqanlıq edən taksi sürücüsü qəza törədib

25 Sentyabr 2017 08:02

Oturaq insanların orqanizmində baş verən QORXUNC PROSESLƏR

25 Sentyabr 2017 07:28

Fişəng fabrikində yanğın - 8 ölü, 25 yaralı

25 Sentyabr 2017 07:19

Şəmkirdə 22 yaşlı kişi bıçaqlandı

25 Sentyabr 2017 06:33

AÇ-2017: 3-cü gün - NƏTİCƏLƏR və TƏQVİM

25 Sentyabr 2017 05:33