Ödəniş terminalında problem - VİDEO

Ödəniş terminalında problem - VİDEO
21:47 23 Noyabr 2016
96 Ölkə
Ölkə mətbuatı
A- A+

''Bakı Kart'' almaq istəyən paytaxt sakini çətinliklə üzləşib. Belə ki, o ''Milli Ön'' terminalından kart almaq istəyib. Terminala 2 manat ödəniş edib kartı gözləsə də kart çıxmayıb. Amma ödənişin uğurla həyata keçməsini bildirən çek çıxıb. Yaranmış problem səbəbi ilə vətəndaş soyuq havada saatlarla küçədə qalıb.

Hava şəraiti ilə əlaqədar Elton Kazımov minik avtomobili əvəzinə ictimai nəqliyyatı seçib və ''Bakı Kart'' almaq istəyib. Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, o, sözügedən problemlə paytaxtın Nərimanov rayonu Ağa Neymətullah küçəsində, dayanacaqdakı ödəniş terminalında üzləşib.

Elton Kazımov çekin üzərindəki qaynar xəttə zəng vurub. Müştəri xidmətindən vətəndaşa bildirilib ki, ''milli ön''ün baş ofisinə yaxınlaşsın.

Sərnişin, qaynar xəttə cavab verən xanıma da soyuq havada saatlarla küçədə qaldığı üçün narazılığını bildirib. Şirkətdən Elton Kazımova bunun əvəzində mobil telefonuna danışıq dəqiqəsi yükləmək təklif ediblər.

Məsələ ilə bağlı ''Milli Ön'' şirkətinin ictimayətlə əlaqələr şöbəsinin rəhbəri Ülviyə Əfəndiyeva bildirib ki, ola bilsin həmin terminalda texniki problem olub. ''Müraciət edən müştərinin pulunun qaytarılmaması mümkün deyil. Müraciət etsin biz məsələni araşdıraq. Həqiqətən dediyi kimidirsə ona istəsə ya kart, ya da pulunu qayatarıq. Əgər gələ bilmirsə həmin pulu digər kommunal xidmətinə ödəniş edə bilərik'' deyə şirkətdən bildirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/492445.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR