Azyaşlılar niyə repetitor yanına gedir? - VİDEO

Azyaşlılar niyə repetitor yanına gedir? - VİDEO
22:22 23 Noyabr 2016
132 Ölkə
Ölkə mətbuatı
A- A+

Əvvəllər 10-11-ci sinif şagirdləri məktəb dərslərindən əlavə repetitor yanına gedərdi. İndi isə ümumiyyətlə 1-ci sinifdən başlayaraq uşaqları da əlavə hazırlıqlara cəlb edirlər. Lakin valideynlər bilməlidir ki, səbəbindən asılı olmayaraq uşaqların normadan artıq dərslərlə yüklənməsi onun savadlanmasından daha çox, fiziki problemlərinin yaranmasına gətirib çıxara bilər.

Yuxarı siniflər ali təhsilə hazırlaşdığı üçün əlavə dərslərə ehtiyacları var. Maraqlıdır ki, aşağı siniflərin şagirdləri niyə repititor yanına getməlidir?

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, valideynlər uşaqlarını dərsdən sonra əlavə hazırığa qoymalarını müxtəlif səbəblərlə izah edir.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev isə deyir ki, hətta 1-ci sinif şagirdlərini də artıq repititor yanına göndərən valideynlər var. Bu məktəblərdə dərslərin zəif keçilməsindən daha çox valideynlərin bir biri ilə bəhsə girməsi nəticəsində baş verir.

Ekspertə görə, digər səbəb valideynlərin işləməsi, uşağın dərslərinə vaxt ayıra bilməməsidir. Bununla yanaşı məktəblərdəki kurikulum sistemi əksər valideyinlər üçün çətinlik yaratdığından repetitorlara müraciət edilir. Beləliklə valideyn arxayınlaşmış olur ki, hazırlıq müəllimi uşağın dərslərində ona kömək etmiş olacaq.

Lakin valideynlər bilməlidir ki, səbəbindən asılı olmayaraq uşaqların normadan artıq dərslərlə yüklənməsi onun savadlanmasından daha çox, fiziki problemlərinin yaranmasına gətirib çıxara bilər.

Belə çıxır ki, pedoqoji tələblərdən artıq dərslərə ehtiyyac yoxdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/492371.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR