Bloomberg: Azərbaycan OPEK-in hasilatın azaldılmasına dair sammitində iştirak edəcək

Bloomberg: Azərbaycan OPEK-in hasilatın azaldılmasına dair sammitində iştirak edəcək
22:52 23 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbaycan və Meksika OPEK-in noyabrın 28-də keçiriləcək neft hasilatının məhdudlaşdırılmasına dair danışıqlarında iştirak edəcək.
"Report" xəbər verir ki, bu barədə öz mənbələrinə istindən "Bloomberg" məlumat yayıb.
Məlumatda, həmçinin bildirilir ki, Səudiyyə Ərəbistanı Rusiyanın da OPEK-in hasilatın məhdudlaşdırılması üzrə razılaşmasına qoşulacağını gözləyir.
Bundan əvvəl Rusiyanın energetika naziri Aleksandr Novak noyabrın 28-də OPEK-in məsləhətləşmələrində iştirak edəcəyini bildirib.
Başqa bir mənbənin məlumatına görə, Rusiya və OPEK-ə daxil olmayan digər ölkələr hər hansı bir vəd verməmişdən öncə razılaşma haqqında daha çox detal əldə etməyə çalışırlar.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/bloomberg-azerbaycan-opek-in-hasilatin-azaldilmasina-dair-sammitinde-istirak-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR