Türkiyədə görünməmiş hadisə: 6 futbolçu...

Türkiyədə görünməmiş hadisə:   6 futbolçu...
00:07 24 Noyabr 2016
255 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyədə futbol tarixində görünməmiş bir hadisə baş verib. Fanat.Az xəbər verir ki, 6 futbolçu bir klubu satın almaq qərarına gəlib.

Belə ki, hazırda "Qalatasaray"da çıxış edən Hamit Altıntop və veteran futbolçular Ümit Davala, Yıldıray Baştürk, Ömer Erdoğan, Cihan Haspolatlı, Murat Erdoğan TFF 2-ci liqada çıxış edən "Tuzlaspor" klubunu satın alır. Məlumata görə, artıq onlar klubun satışı üçün Tuzla bələdiyyəsi ilə danışıqları yekunlaşdırıb. 

Xəbəri Murat Erdoğan təsdiq edib. İlk hədəflərinin Türkiyədə və Avropadakı yerli gəncdəri kluba toplamaq olduğunu bildirən veteran futbolçu "Belə bir arzumuz var idi. Hədəfimiz türk futboluna xidmət etməkdi. Milli komandaya futbolçu qazandıran klub olmaq imtəyirik" deyib.

Murat Erdoğan sənədləşmə işlərinin yekunlaşmasından sonra bir neçə iş adamının da onlara qoşulacağını bildirib.

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-turkiyd-gorunmmi-hadis-t54393.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR