Neymar, atası və anası həbs olunur - ŞOK QƏRAR

Neymar, atası və anası həbs olunur -   ŞOK QƏRAR
00:17 24 Noyabr 2016
131 İdman
Ölkə mətbuatı
A- A+

Neymarın "Santos"dan "Barselona"ya keçidi zamanı "süi-istifadə və saxtakarlıq" edilməsi iddiası ilə başlayan istintaq yekunlaşmaq üzrədi. Fanat.Az xəbər verir ki, prokuror Joze Peralsın hazırladığı ittiham aktı açıqlanıb.


Dövlət ittihamçısı braziliyalı futbolçuya 2 il həbs cəzasının verilməsini və 10 milyon avro cərimələnməsini tələb edib. Joze Peralsin hazırladığı iddianamədə həmçinin Neymarın atası üçün 2, anası üçün 1 il həbs cəzası tələb edilir.


Dövlət ittihamçısı Neymarın transferini reallaşdıran "Barselona"nın keçmiş prezidenti Sandro Roselli də unutmayıb. Sabiq prezidentin 5 il azadlıqdan məhrum edilməsi tələb olunur.


İspan prokuror həmçinin Neymarın ailə şirkəti olan N&N-in 1.4, "Barselona"nın 8.4, "Santos"un 7 milyon avro cərimələnməsini istəyir.


İttihamnamədən adı çıxarılan yeganə şəxs "Barselona"nın hazırkı prezidenti Yosep Maria Bartomeu olub. İttihamı irəli sürən DIS şirkəti onun 8 il azadlıqdan məhrum edilməsini tələb edirdi.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-neymar-atas-v-anas-hbs-olunur-t54394.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR