Gülnarə Kərimovanın oğlu anasının ölüm xəbərini şərh etdi

Gülnarə Kərimovanın oğlu anasının ölüm xəbərini şərh etdi
00:43 24 Noyabr 2016
303 Dünya
Ölkə mətbuatı
A- A+

Özbəkistanın mərhum prezidenti İslam Kərimovun nəvəsi anası Gülnarə Kərimovanın ölümü haqqında xəbərləri şərh edib.

Publika.az xəbər verir ki, 23 yaşlı İslam Kərimov BBC-nin özbək xidmətinə müsahibəsində anasının ölüm xəbərini şayiə adlandırıb.

Nəvə İslam Kərimov qeyd edib ki, onun anası sağdır və 2014-cü ilin fevralından ev həbsindədir. Mərhum prezidentin nəvəsi həmçinin dəqiqləşdirdi ki, onun bacısı İman Kərimova ev həbsindən azad edilib, ancaq ona ölkədən çıxmaq qadağan olunub.

Kiçik Kərimovun özü Londondadır.

Sabiq prezidentin qızı Gülnarə Kərimovanın ölümü haqqında xəbəri noyabrın 22-də Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin anonim əməkdaşına istinadən “Mərkəz-1” saytı yayıb. Saytın yazdığına görə, Gülnarə noyabrın 5-də zəhərlənmədən ölüb və onu həmin gecə “Minor” qəbiristanlığında gizli şəkildə dəfn ediblər. Mənbə dəfndə şəxsən iştirak etdiyini bildirib.

Jurnalistlər respublika hakimiyyətinə sabiq prezidentin qızının taleyi haqqında sorğu göndəriblər. Sorğuya hələlik cavab yoxdur.

Oktyabrın əvvəlində “Twitter”də mərhum prezidentin qızının adına aktiv hesab çıxıb. Amma jurnalistlər iddia edirlər ki, hesab saxtadır. Hesabda yerləşdirilən şəkillərin isə əvvəllər də dərc edildiyi bildirilir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177120.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR