Aktyor Bred Pitt Şükran bayramını ailəsi ilə birgə keçirməyəcək.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bunu ailəyə yaxın mənbə bildirib. Onun sözlərinə əsasən, mediada Bredin Coli və uşaqları ilə bayramlarda birgə olacağı deyilən xəbərlər həqiqətə uyğun deyil.
"Ancelina Coli Pitti bayrama dəvət etməyib. Hər il uşaqları üçün hind toyuğu bişirən aktyor bu il bunu edə bilməyəcək", - deyə mənbə vurğulayıb.
Qeyd edək ki, bu gün saytlar Colinin Bredə zəng vuraraq "müvəqqəti barışıq" istədiyini söyləyib. Buna səbəb isə cütlüyün uşaqlarının, xüsusilə Şilohun anasına yalvarmasıdır. Coli aktyordan Şükran günündə və daha sonrakı bayramlarda bir araya gəlməyi xahiş edib.