"Araz" UEFA kubokuna məğlubiyyətlə başladı

"Araz" UEFA kubokuna məğlubiyyətlə başladı
01:24 24 Noyabr 2016
59 Digər
Ölkə mətbuatı
A- A+

Futzal üzrə UEFA kubokunun elit-raunduna start verilib.

 

Apasport.az saytının məlumatına görə, B qrupunda mübarizə aparan Azərbaycan çempionu “Araz” ilk oyununa çıxıb.

 

Braziliyalı mütəxəssis Miltinyonun yetirmələri I turda Xorvatiyanın “Nasional” klubu ilə görüşüblər. Zaqrebdə baş tutan qrup oyunlarında təmsilçimiz meydan sahibləri ilə matçın favoriti olsalar da, yekunda məğlub olublar.

 

İlk turun qrupumuzdakı digər oyununda UEFA kubokunun hazırkı sahibi Rusiya “Yuqra”sı ilə elit-raundun debütantı olan Almaniya “Hamburq”unu məğlub edib - 4:0.

 

23 noyabr
UEFA kuboku, Elit raund
B qrupu, I tur

 

“Nasional” (Xorvatiya) - “Araz” (Azərbaycan) - 2:1

Qol: Novak, 36, 39.51 - Fineo, 39.59

 

 “Yuqra” (Rusiya) - “Hamburq” (Almaniya) - 4:0

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260377

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR