"Araz" UEFA Kubokunda mübarizəyə məğlubiyyətlə başlayıb

"Araz" UEFA Kubokunda mübarizəyə məğlubiyyətlə başlayıb
01:42 24 Noyabr 2016
42 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ Bu gün "Araz" futzal klubu UEFA kubokunun elit-raundunda mübarizəyə başlayıb.
"Report" xəbər verir ki, Azərbaycan çempionunun noyabrın 27-dək Xorvatiyada davam edəcək qrup yarışmasında ilk rəqibi meydan sahibi, Zaqrebi təmsil edən "Nasional" olub.
Naxçıvan təmsilçisi mübarizəyə məğlubiyyətlə başlayıb. Oyunda hər 3 qol son dəqiqələrdə vurulub. "Araz"ın gücü matçın sonlarında təsəlli qolunu vurmağa çatıb.
"Araz"ın "Dördlər finalı"na vəsiqə verən qrup qalibi uğrunda mübarizədə digər rəqibləri "Uqra Yuqorsk” (Rusiya) və Hamburq” (Almaniya) olacaq. Komandamız ikinci matçını bu gün Bakı vaxtı ilə saat 21:00-da "Uqra Yuqorsk"la keçirəcək. Ruslar ilk oyunda "Hamburq"u 4:0 hesabı ilə məğlub edib.
Futzal, UEFA Kubokunun elit-raundu
Qrup mərhələsi, I tur
23:30. "Nasional" (Zaqreb, Xorvatiya) - "Araz" (Naxçıvan, Azərbaycan) - 2:1
Qol: Tihomir Novak, 36, 40 - Fineo, 40
Sarı vərəqə: Fineo 30, Everton Kardoso 33 (hər ikisi "Araz")
Hakimlər: Eduardo Fernandes Koelyo (Portuqaliya), Qabriel German (Rumıniya)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR