Aktyor Eşton Kuçer aktrisa Demi Murdan ayrıldıqdan sonra ilk başına gələn hadisəni danışıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, Avropaya üz tutub. Gecə saat ikidə bir nəfərdən evində qalmaq üçün icazə istəyib.
"Qapını döydüm. Bir xanım açdı. Yad birinin məni qarşılamağı, mənə olan münasibəti xoşuma gəldi. Mənə yemək və şərab verdi. Elə o vaxt ehtiyacım olan sevgini tapdım", - deyə Eşton bildirib.
Qeyd edək ki, Kuçer ilə Demi 2005-ci ildə ailə həyatı qurublar və 2011-ci ildə boşanıblar.
Daha sonra aktyor aktrisa Miloy Kunis ilə görüşməyə başlayıb. 2014-cü ildə onların bir qızı dünyaya gəlib. 2015-ci ildə cütlük rəsmi nikaha girdiklərini elan ediblər. Bu ilin yayında isə ikinci övlad gözlədiklərini söyləyiblər.