Özbəkistanda prezident seçkiləri üzrə növbədənkənar səsvermə start götürür

Özbəkistanda prezident seçkiləri üzrə növbədənkənar səsvermə start götürür
03:42 24 Noyabr 2016
102 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ Bu gün Özbəkistanda prezident seçkiləri üzrə növbədənkənar səsverməyə start verilir.
"Report" xəbər verir ki, dövlət başçısı sekilərinə dair respublika qanununa müvafiq olaraq növbədənkənar səsvermə dekabrın 2-də başa çatacaq.
Sentyabrın 2-də Özbəkistanın ilk prezidenti İslam Kərimov beyninə qan sızması nəticəsində 78 yaşında dünyasını dəyişib. Baş nazir Şövkət Mirzieyev prezidentin səlahiyyətlərinin müvəqqəti icraçısı təyin olunub.
Respublikada prezident seçkiləri dekabrın 4-də keçiriləcək. Dövlət başçısı beş il müddətinə seçiləcək.
"Özbəkistan Respublikası prezidenti seçkilərinə dair" qanuna müvafiq olaraq seçki günü yaşayış yerində olmağa imkan tapmayacaq şəxslər növbədənkənrar səsvermə hüququna malikdirlər. Növbədənkənar səsvermə seçkilərdən on gün əvvəl başlayacaq və bir gün qalmış bitəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ozbekistanda-prezident-seckileri-uzre-novbedenkenar-sesverme-start-goturur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR