"Qarabağ" üçün mühüm gün

"Qarabağ" üçün mühüm gün
07:34 24 Noyabr 2016
49 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, avrokuboklarda mübarizəni davam etdirən “Qarabağ” da növbəti oynununa çıxacaq.

 

J qrupunda çıxış edən “Qarabağ” üçün bugünkü oyun həlledici ola bilər. 1/16 finala vəsiqə üçün mübarizə aparan ağdamlılar “Slovan”la Çexiyadakı matçda vəzifəni həll etmək imkanına malikdir. Qurban Qurbanovun yetirmələri Liberetsdə qalib gəlsə, son turu formallığa çevirəcək. Bu nəticə qrupun digər matçından asılı olmayaraq vəsiqənin təmin olunması deməkdi. Təmsilçimiz heç-heçə ilə də adını 1/16 finala yazdıra bilər. Bunun üçün PAOK İtaliya səfərində “Fiorentina”nı məğlub etməməlidir. Digər hallarda isə ağdamlıların taleyi son turda həll olunacaq.

 

Bakıda Çexiya təmsilçisinə uduzmamaqdan son anda qaçan “Qarabağ” autsayderlə görüşə ciddi itki ilə çıxacaq. Komandanın kapitanı, ilk turdakı bərabərlik qolunun müəllifi Rəşad Sadıqovun yoxluğunda xal qazanmalı olan “Qarabağ” ardıcıl 3-cü qələbəsinə köklənib.

 

Digər təmsilçimiz  “Qəbələ” isə Belçikanın “Anderlext” klubunu qəbul edəcək. Roman Qriqorçukun yetirmələri ilk xal üçün “döyüşəcək”.  Ardıcıl 5 görüşdə uduzan “qırmızı-qaralar” belçikalılarla ev oyunlarımızdakı uğurlu ənənəni davam etdirməyə  iddialıdır. Belə ki, avrokuboklardakı bütün ev matçlarında klublarımız bu ölkədən olan rəqiblərini üstələyib. Lakin “Qəbələ” bu dəfə meydana baş məşqçisiz çıxacaq. Belə ki, cəzalı olan Qriqorçuk komandasını texniki zonadan kənardan idarə etməyə məcburdur.

 

Avropa Liqası, Qrup mərhələsi

V tur, 24 noyabr

J qrupu

 

22:00. “Slovan” (Liberets, Çexiya) – “Qarabağ” (Azərbaycan) 

Liberets. “U Nişi” stadionu 

 

1

“Fiorentina” (İtaliya) 

4

3

1

0

11-2

10

2

“Qarabağ” (Azərbaycan)

4

2

1

1

6-7

7

3

PAOK (Yunanıstan)

4

1

2

1

2-4

4

4

“Slovan” (Çexiya)

4

0

1

3

4-10

1

 


20:00. “Qəbələ” (Azərbaycan) – “Anderlext” (Belçika) 

Bakı. 8-ci km qəsəbə stadionu

 

1

“Anderlext” (Belçika)

4

2

2

0

11-4

8

2

“Sent-Etyen” (Fransa)

4

2

2

0

5-3

8

3

“Maynts” (Almaniya)

4

1

2

1

6-10

5

4

“Qəbələ” (Azərbaycan)

4

0

0

4

4-9

0

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/260388

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR