Bu əməliyyat sistemi mövqelərini itirir

Bu əməliyyat sistemi mövqelərini itirir
07:52 24 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"TrendForce" şirkətinin analitiklərinin proqnozuna görə, yaxın illərdə "Microsoft" şirkətinin "Windows" platforması qlobal noutbuk bazarında bazar payını itirməyə davam edəcək, rəqibləri "Chrome OS" və "Mac OS" isə əksinə, öz mövqelərini möhkəmləndirəcək.

Milli.Az ICTnews-a istinadən bildirir ki, mütəxəssislər "Chrome OS" sisteminin qurğu istehsalçıları üçün daha əlverişli variant olduğunu bildirib, çünki "Google" bu əməliyyat sisteminin quraşdırılmasına görə lisenziya yığımı tələb etmir. Bundan başqa, "Android" ekosistemi ilə daha sıx inteqrasiya xrombuklara maraq və tələbatın artmasına əlavə imkan yaradır.

"Gartner" şirkətinin analitiki Mikako Kitaqava hesab edir ki, cari ildə xrombuklar fərdi kompüter (FK) bazarının müsbət dinamika göstərən bəzi seqmentlərindən biri olacaq. Ekspertin proqnozuna görə, 2016-cı ildə "Chrome OS" ƏS-i ilə işləyən noutbukların tədarük həcmi 15% artaraq 7.5-8 milyon arasında olacaq.

"Mac OS" sistemi haqda danışan mütəxəssislər əlavə ediblər ki, 2016-cı il oktyabrın sonunda təqdim edilmiş yeni "MacBook Pro" qurğuları sayəsində "Apple" 2017-ci ildə noutbuk bazarında 8%-lik bazara sahiblənə bilər və  bu artım "Windows" sisteminin zəifləməsi hesabına olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/492306.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR