"Instagram"da canlı yayım funksiyası işə salınır

"Instagram"da canlı yayım funksiyası işə salınır
08:17 24 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"Instagram" sosial şəbəkəsində canlı yayım funksiyası işə salınır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Instagram"ın rəsmi saytında məlumat verilib.
 
"Facebook" və "Periscope"da olduğu kimi, "Instagram" istifadəçiləri də hamı üçün canlı yayım təqdim edə biləcəklər. Bunun üçün güclü smartfona və keyfiyyətli mobil internetə malik olmaq lazımdır.
 
Canlı yayım sistemi üçün ayrıca interfeys yaradılıb. Bütün canlı yayımlar "Instagram Stories"də yazılacaq, şərh və layklar ekranın aşağı hissəsində, izləyici sayğacı isə yuxarısında olacaq. Canlı yayımın başlanması haqqında bütün izləyicilərə bildiriş gedəcək.
 
Bu sistemin mənfi cəhəti isə odur ki, canlı yayım bitəndən sonra videonu yaddaşda saxlamaq mümkün olmayacaq. Hazırda bu funksiya əlçatan deyil və yaxın 3-4 həftə ərzində bütün istifadəçilərdə tədricən aktiv olacaq.
 
Bundan başqa, "Instagram" şərhlər üçün layklar funksiyasını işə salmağı da nəzərdən keçirir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR