"Qəbələ"nin son ev oyunu

"Qəbələ"nin son ev oyunu
08:18 24 Noyabr 2016
76 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün "Qəbələ" Avropa Liqasının qrupunda V turun matçını keçirəcək. Publika.az xəbər verir ki, Roman Qriqorçukun komandası "Bakcell Arena"da Belçikanın "Anderlext" klubunu qəbul edəcək.

Bu, "Qırmızı-qaralar"ın qrupda son ev matçı olacaq. "Qəbələ" bunadək nəinki qələbə, xal da qazanmayıb. Keçirdiyi 4 qarşılaşmanın hamısında meydanı məğlub tərk edən "Qırmızı-qaralar" ardıcıl 2-ci mövsümdür çıxış etdiyi qrupda hələ ki qalib gəlməyib. Ötən mövsüm qazanılan 2 xal PAOK-la qolsuz bərabərliklər sayəsində mümkün olub.

24 noyabr

20:00. "Qəbələ" (Azərbaycan) - "Anderlext" (Belçika)

Baş hakim: Levgeni Aranovskyi

Köməkçi hakimlər: Sergey Bekker, Oleksandr Voytyuk

Əlavə köməkçi hakimlər: Anatoliy Abdula, Anatoliy Zabçenko

Dördüncü hakim: Syomen Şlonçak (hamısı Ukrayna)

Hakim-inspektor: İqor Satkii (Moldova)

UEFA nümayəndəsi: Maksimas Beçterevas (Litva)

Bakı. "Bakcell Arena" stadionu


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/177133.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR