Qış möminin baharıdır

Qış möminin baharıdır
08:47 24 Noyabr 2016
87 Ölkə
Ölkə mətbuatı
A- A+

İmam Sadiq (ə) buyurur ki, qış fəsli möminlər üçün bahar kimidir. Çünki gecələri uzundur və ibadət üçün gecə yarısında qalxar. Gündüzləri isə qısadır və oruc tutar.

İmam Hadi (ə) qış fəslinin böyük əhəmiyyətinə işarə edərək buyurur: "Qış, möminin baharıdır".
Həzrət Peyğəmbər (s) buyurur: "Qış fəsli möminin baharıdır. Uzun gecələrindən oyaq qalmaq və qısa gündüzlərindən oruc tutmaq üçün bəhrələnin".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, baharda təbiət baş qaldırar və canlanar. Bahar yağışı ilə torpaq dirilər və hər yer yaşıllaşar və gözəl olar. Təbiət öz meyvələrini verər.
İnsan isə təbiətin əksinə olaraq, yay fəslində İlahi nişanələrin çoxluğuna görə Allahdan qafil olar. Hər nə qədər İlahi nişanələrin sayı artarsa, pərdə və maneələr daha çox olar. Ona görə də gündüz məşğuliyətləri çox olar və balıq kimi suda üzər. Öz batin və həqiqətindən qafil olar.
Lakin gecə olan zaman özünə gələr və həqiqətləri dərk etməyə başlayar. Daxilində İlahi nişanələrinin əlamətini tapmağa çalışar. Allahın Cəlal və əzəməti qarşısında xaliscəsinə bəndəlik edər. Qış fəsli də bu gecələr kimidir. Təbiətin nişanələri azaldığına görə, insan Allaha daha çox diqqət edər. Qış fəslində möminin ürəyi cavanlaşar. İlahi eşq bütün varlığını bürüyər.
Qış fəslində gecələr uzun və gündüzlər qısadır. İnsanın məşğuliyyətləri azalar və uzun gecələrdə daha çox və daha rahat şəkildə ibadət və münacat edə bilər.
Aləmdə yay və qış fəslinin olması insanın həyatı ilə ölümünə bənzəyir. İnsanın ölümü ilə payız fəsli başlayar o zamana qədər ki, bahar gələr. Yəni, yenidən dirilər, Qiyamət günü olar.
İmam Sadiq (ə) buyurur: "Qış fəslinin gecələri və gündüzləri Allahla münacat etmək üçün ən yaxşı fürsətdir". Bu fürsətdən istifadə etmək, yenə gecənin yarısında şirin yuxudan qalxmaq və Allahın qüdrəti haqqında düşünmək - ən üstün ibadətdir. Belə ki, İmam (ə) buyurur: "Allah və Onun qüdrəti haqqında təfəkkür etməyi davamlı etmək - ən üstün ibadətdir".
Qış fəslinin qısa günlərində oruc tutmaq - ən üstün və xalis ibadətdir. Belə ki, Peyğəmbər (s) buyurmuşdur: "Qış fəslinin orucu - fərəh gətirən qənimətdir".
İmam Musa Kazım (ə) buyurur: "Behiştin dərəcələri Quranın ayələri qədərdir. Quran qarisinə deyilər: "Oxu və yuxarı qalx". Sonra oxuyar və məqamı ucalar". Qış fəsli Quran əzəbərləmək üçün də yaxşı fürsətdir və bunu əldən verməyək.
 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/492318.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR