"Qarabağ" Çexiyada tarixi oyuna çıxır

"Qarabağ" Çexiyada tarixi oyuna çıxır
08:53 24 Noyabr 2016
104 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün "Qarabağ" Avropa Liqasının qrupunda 5-ci turun oyununa çıxacaq.

Publika.az xəbər verir ki, Ağdam klubu Liberetsdə "Slovan"ın qonağı olacaq.

Qurban Qurbanovun komandası bu matçda pley-offa çıxmasını rəsmiləşdirmək imkanına malikdir. Bu, təkcə qələbə yox, heç-heçə sayəsində də mümkündür. Bunun üçün PAOK-un "Fiorentina" ilə səfər matçında qalib gəlməməsi lazımdır.

Qeyd edək ki, "Qarabağ" bunadək 2 mövsümdə qrupda iştirak etsə də, 1/16 finala çıxmaq şansını son turda əldən verib.

24 noyabr

22:00. "Slovan" (Çexiya) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Stefan Yohannesson

Köməkçi hakimlər: Fredrik Nilsson, Mehmet Culum

Əlavə köməkçi hakimlər: Andreas Ekberq, Kristoffer Karlsson

Dördüncü hakim: Maqnus Sjöblom (hamısı İsveç)

Hakim-inspektor: Stefano Podesçi (San Marino)

UEFA nümayəndəsi: Roy Kaskart (Şimali İrlandiya)

Liberets. "U Nisi" stadionu


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/177134.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR