Tramp “Apple” və “Microsoft” rəhbərləri ilə danışıb

Tramp “Apple” və “Microsoft” rəhbərləri ilə danışıb
09:05 24 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın "Apple" və "Microsoft" rəhbərləri ilə telefon danışığı olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, D. Tramp "The New York Times" qəzetinin kollektivi ilə görüşündə bildirib ki, Tim Kuk və Bill Geyts ona telefon edərək təbriklərini çatdırıblar.
 
Qeyd edək ki, T. Kuk seçkidə Hillari Klintonu dəstəkləyib və onun kampaniyasına maddi dəstək verib. D. Tramp seçki kampaniyası zamanı bildirmişdi ki, "Apple" şirkətini istehsalı ABŞ ərazisinə köçürməyə məcbur edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/492313.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR