Dollar çatışmazlığının SƏBƏBİ

Dollar çatışmazlığının SƏBƏBİ
09:17 24 Noyabr 2016
204 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycanın bank sektorunda manatın likvidliyi ilə bağlı problem yoxdur".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.

Xarici valyuta çatışmazlığı və bankların dollar satmaması məsələsinə toxunan Assosiasiya sədri bildirib: "Banklar əhaliyə yalnız valyuta hərracında əldə etdikləri və ixrac əməliyyatları həyata keçirən müştərilərdən aldıqları dolları sata bilir". Onun sözlərinə görə, bu səbəbdən dollar qıtlığı müşahidə olunur.

Qeyd edək ki, 2016-cı ildə Azərbaycanda 10 bankın lisenziyası geri çağırılıb.

Hazırda ölkədə 32 bank fəaliyyət göstərir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/492480.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR