İtaliya səfiri: ""Cənub Qaz Dəhlizi" Aİ və Azərbaycan arasında əməkdaşlığı gücləndirəcək"

İtaliya səfiri: ""Cənub Qaz Dəhlizi" Aİ və Azərbaycan arasında əməkdaşlığı gücləndirəcək"
09:32 24 Noyabr 2016
60 Ölkə
Ölkə mətbuatı
A- A+

""Cənub Qaz Dəhlizi" Azərbaycan iqtisadiyyatının inkişafı üçün vacib amildir, çünki bu, qarşılıqlı investisiyaların olduğu iri bir layihədir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillo deyib.

Onun sözlərinə görə, investisiyaların yatırılmasından sonra Azərbaycan uzunmüddətli mənfəət əldə etməyə başlayacaq. Bu isə Avropa İttifaqı, Azərbaycan və İtaliya arasında əməkdaşlıq üçün gözəl platforma yaradacaq.

C.Kutillo deyib ki, bu layihə Azərbaycanın gələcəyi üçün vacib amildir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/492481.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR