Adana Valiliyinin binasında partlayış: yaralılar var - FOTO

Adana Valiliyinin binasında partlayış: yaralılar var - FOTO
09:38 24 Noyabr 2016
82 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Adana vilayətində partlayış baş verib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış Adana şəhərində, vilayət valiliyinin inzibati binasında qeydə alınıb. Partlayışın valiliyin avtomobil dayanacağında olduğu ehtimal edilir.

İlkin məlumatlara görə, 1-i ağır olmaqla 5 nəfər yaralanıb.

Hadisə yerinə xeyli sayda təcili tibbi yardım briqadaları cəlb edilib.

Hadisənin terror aktı olduğu ehtimalı olunur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177145.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR