Sumqayıtda yaşayış binasında yanğın: 1 ölü, 10 sakin təxliyə olundu

Sumqayıtda yaşayış binasında yanğın: 1 ölü, 10 sakin təxliyə olundu
09:44 24 Noyabr 2016
74 Digər
Ölkə mətbuatı
A- A+

 

Sumqayıt şəhərində dördmərtəbəli yaşayış binasının zirzəmisində 5 m² sahədə məişət tullantıları yanıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, yanğının kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 1 nəfər kişi cəsədi aşkar olunub. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

 

Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 04:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR