Xanım deputatın qatilinə ömürlük həbs verildi

Xanım deputatın qatilinə ömürlük həbs verildi
09:52 24 Noyabr 2016
69 Dünya
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyada parlamentin deputatı Co Koksu qətlə yetirən 53 yaşlı Tomas Mayr ömürlük həbs cəzasına məhkum olunub.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, Old Beyli məhkəməsi müttəhimi bütün maddələr üzrə - qəsdən adam öldürməkdə, ağır bədən xəsarətləri yetirməkdə, soyuq və odlu silah saxlamaqda təqsirli bilib.

Leyborist deputat, iki uşaq anası Co Koks bu ilin iyununda, Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına dair referendum ərəfəsində aparılan kampaniyanın gedişində öz seçki dairəsində öldürülmüşdü. Tomas Mayr qadına qəbul otağının qapısı qarşısında hücum edərək ona bir neçə bıçaq zərbəsi endirmiş və tapançadan üç atəş açmışdı.

Məhkəmə müəyyənləşdirib ki, hücum edən işsiz şəxs neonasist təşkilatın üzvü olub, qətli törətməyə isə bir neçə həftə ərzində hazırlaşıb. Hücumdan sonra gizlənməyə cəhd göstərməyib və dərhal polisin əlinə keçib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR