"Araz" ilk oyunda uduzdu

"Araz" ilk oyunda uduzdu
09:57 24 Noyabr 2016
47 İdman
Ölkə mətbuatı
A- A+

Futzal üzrə UEFA Kubokunun elit-raunduna start verilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, B qrupunda mübarizə aparan Azərbaycan çempionu "Araz" ilk oyununa çıxıb.

Braziliyalı mütəxəssis Miltinyonun yetirmələri I turda Xorvatiyanın "Nasional" klubu ilə görüşüblər. Zaqrebdə baş tutan qrup oyunlarında təmsilçimiz meydan sahibləri ilə matçın favoriti olsalar da, yekunda məğlub olublar.
 
Hesabı "Nasional" açıb. Novak 36-cı dəqiqədə fərqlənib. 3 dəqiqə sonra dubl edən oyunçu fərqi iki topa çatdırıb. Matçın son saniyələrində Fineo fərqi azaltsa da, komandamızın bundan artığına gücü çatmayıb.
 
İlk turun qrupumuzdakı digər oyununda UEFA Kubokunun hazırkı sahibi Rusiya "Yuqra"sı ilə elit-raundun debütantı olan Almaniya "Hamburq"unu məğlub edib - 4:0.
 
23 noyabr
UEFA Kuboku, Elit raund
B qrupu, I tur
 
"Yuqra" (Rusiya) - "Hamburq" (Almaniya) - 4:0

 
Hakimlər: Franko Kaçia (Malta), Paskal Lamal (Belçika)
Zaqreb. İdman Evi
 
"Nasional" (Xorvatiya) - "Araz" (Azərbaycan) - 2:1
Qol: Novak, 36, 39.51 - Fineo, 39.59
Hakimlər: Eduardo Fernandes Koelyu (Portuqaliya), Qabriel German (Rumıniya)
Zaqreb. İdman Evi
 
Araz: 1. Rövşən Hüseynli (Q), 3. Bolinya, 8. Rizvan Fərzəliyev (C), 10. Vassura, 13. Everton Kardozo
Ehtiyat oyunçular: 19. Emin Kürdov (Q), 5. Fineo, 6. Eduardo, 7. Çovdarov, 9. Rüstəmli, 11. Bağırov, 15. Fabio Poletto, 17. Atayev

1.

Yuqra

1

1

0

0

4:0

3

2.

Nasional

1

1

0

0

2:1

3

3.

Araz

1

0

0

1

1:2

0

4.

Hamburq

1

0

0

1

0:4

0

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR