“Qəbələ” ilk qələbə arzusunda - YENİLƏNİR

“Qəbələ” ilk qələbə arzusunda -   YENİLƏNİR
09:57 24 Noyabr 2016
32 İdman
Ölkə mətbuatı
A- A+


Bu gün Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçiriləcək. Fanat.Az xəbər verir ki, təmsilçimiz “Qəbələ” son ev oyununa çıxacaq.

 

Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinin ilk 4 oyununda məğlub olduğundan qitə miqyaslı turnirdə yoluna davam etmək şansını itirib. Ona görə də, Belçikanın “Anderlext” klubunu qəbul edəcək “qırmızı-qaralar” ilk qələbə arzusundadırlar.


“Bakcell Arena”da baş tutacaq görüş “Qəbələ” üçün imic və Azərbaycanın UEFA reytinqini növbəti töhfəsini vermək baxımından önəmlidir.




Avropa Liqası

Qrup mərhələsi, V tur

24 noyabr

C qrupu



20:00. “Qəbələ” (Azərbaycan) – “Anderlext” (Belçika) 

 

Hakimlər: Yevgeni Aranovski, Sergey Bekker, Aleksandr Voytyuk, Semyon Şlonçak

Əlavə köməkçi hakimlər: Anatoli Abdula, Anatoli Jabçenko (hamısı Ukrayna)

Hakim-inspektor: İqor Satkiy (Moldova)

UEFA nümayəndəsi: Maksimas Beçterevas (Litva)

Bakı. "Bakcell Arena"

 


1. “Anderlext” (Belçika) 4 2 2 0 11-4 8

2. “Sent-Etyen” (Fransa) 4 2 2 0 5-3 8

3. “Maynts” (Almaniya) 4 1 2 1 6-10 5

4. “Qəbələ” (Azərbaycan) 4 0 0 4 4-9 0



Fanat.Az




Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qbl-ilk-qlb-arzusunda-t54399.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR