Gəncədə ata və oğlunu maşın vurub

09:42 6 Yanvar 2015
106 Digər
Ölkə mətbuatı
A- A+

[ 06 Yanvar 2015 09:40 ]

Gəncə. Azər Məmmədli - APA. Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə şəhərin Cavad bəy Rəfibəyli küçəsində qeydə alınıb.

 

Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Alim Musayev idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yolu keçmək istəyən şəhər sakinləri, 1952-ci il təvəllüdlü Aydın Məhərrəmovu və onun oğlu, 1989-cu il təvəllüdlü Muraz Məhərrəmovu vurub.

 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyadalar Gəncə şəhər Təcili Tibi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR