“Qarabağ” üçün tarixi oyun - YENİLƏNİR

“Qarabağ” üçün tarixi oyun -   YENİLƏNİR
10:17 24 Noyabr 2016
120 İdman
Ölkə mətbuatı
A- A+



Ölkə çempionu “Qarabağ” növbəti oyununa  çıxır. Fanat.Az xəbər verir ki, Ağdam klubu bu gün Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində “Slovan”ın qonağı olacaq.


Çexiyada baş tutacaq matç Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv üçün tarixi əhəmiyyət daşıyır. Belə ki, komandamız qalib gələcəyi təqdirdə, qitə miqyaslı turnirdə 1/16 finala vəsiqə qazanan ilk təmsilçimiz olacaq.


Səfərdə əldə ediləcək 1 xal da “Qarabağ” üçün yetərli ola bilər. Bunun üçün J qrupunun digər matçında PAOK İtaliyada “Fiorentina”nı məğlub etməməlidir.


 


Avropa Liqası, Qrup mərhələsi

V tur, 24 noyabr


J qrupu


 

22:00. “Slovan” (Liberets, Çexiya) – “Qarabağ” (Azərbaycan) 

 

Hakimlər: Stefan Yohanesson, Fredrik Nilsson, Mehmet Culum, Maqnus Syöblom

Əlavə köməkçi hakimlər: Andres Ekberq, Kristofer Karlsson (hamısı İsveç)

Hakim-inspektor: Stefano Podesçi (San-Marino)

UEFA nümayəndəsi: Roy Ketkart (Şimali İrlandiya)

Liberets. “U Nişi” stadionu 

 

1 “Fiorentina” (İtaliya) 4 3 1 0 11-2 10

2 “Qarabağ” (Azərbaycan) 4 2 1 1 6-7 7

3 PAOK (Yunanıstan) 4 1 2 1 2-4 4

4 “Slovan” (Çexiya) 4 0 1 3 4-10 1



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qaraba-ucun-tarixi-oyun-t54401.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR