Daha iki komanda 1/8 finalda

Daha iki komanda 1/8 finalda
10:32 24 Noyabr 2016
65 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının qrup mərhələsinin V turunun 2-ci oyun günü 1/8 finalın daha 2 iştirakçısının adına aydınlıq gətirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bununla da qrupdan çıxdığı rəsmiləşən klubların sayı 12-yə çatıb.

Hər iki vəsiqə C qrupunda rəsmiləşib. "Barselona" (İspaniya) və "Mançester Siti" (İngiltərə) rəqibləri üçün əlçatmaz olub. Kataloniyalılar 1-ci, mançesterlilər 2-ci yeri də təmin ediblər. Sonuncular şəxsi oyunlara görə 3-cü olan "Borussiya"dan (M., Almaniya) öndə qalacaq.
 
Qeyd edək ki, bunadək E qrupunda "Monako" (Fransa) ilə "Bayer" (Almaniya), F qrupunda "Real"la (İspaniya) "Borussiya" (D., Almaniya), F qrupunda "Lester" (İngiltərə), H qrupunda "Yuventus" (İtaliya), A qrupunda "Arsenal" (İngiltərə) və PSJ (Fransa), D qrupunda "Atletiko" (İspaniya) ilə "Bavariya" (Almaniya) 1/8 finala yüksəliblər.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/492500.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR