Suriyada Türkiyənin 3 hərbçisi şəhid olub, 7-si yaralanıb

Suriyada Türkiyənin 3 hərbçisi şəhid olub, 7-si yaralanıb
10:52 24 Noyabr 2016
47 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ “Fırat Kalkanı” (“Fərat qalxanı” ) əməliyyatının davam etdiyi Suriyanın Əl-Bab bölgəsində Türkiyə hərbçilərinə edilən hücum nəticəsində 3 əsgər şəhid olub, 7-si yaralanıb.
“Report” "CNNTürk"ə istinadən xəbər verir ki, yaralı hərbçilər Türkiyənin Qaziantep və Kilisdəki xəstəxanalara yerləşdirilib.
Məlumata görə, Türkiyə hərbçilərinə hücumu terrorçu İŞİD qruplaşması törədib. 
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri 93 gündür Suriya ərazisində “Fırat kalkanı” adı altında antiterror əməliyyatı keçirir. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR