Ölüm xəbəri yayılan Gülnarə Kərimovanın oğlundan AÇIQLAMA

Ölüm xəbəri yayılan Gülnarə Kərimovanın oğlundan AÇIQLAMA
11:17 24 Noyabr 2016
150 Dünya
Ölkə mətbuatı
A- A+

Zəhərlənərək öldürüldüyü deyilən Gülnarə Kərimova barədə yeni məlumatlar yayılıb.

Milli.Az qafqazinfo-ya istnadən xəbər verir ki, Gülnarə Kərimovanın oğlu İslam Kərimov "BBC Uzbek"in suallarını cavablandırıb. O, anasının öldürülməsi ilə bağlı yayılan xəbərləri dedi-qodu adlandırıb. İ.Kərimov bildirib ki, anası 2014-cü ilin fevralından bu yana saxlanıldığı evdədir. 23 yaşlı İslam bacısının da ev dustaqlığında olduğunu və ölkəni tərk edə bilmədiyini deyib. Gənc oğlan onu da əlavə edib ki, özü hazırda Londondadır.

Xatırladaq ki, Özbəkistan mediası Gülnarə Kərimovanın noyabrın 5-i zəhərlənərək öldürüldüyünü və gizli şəkildə dəfn edildiyini yazmışdı.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR