Bakı-Quba yolunda avtomobil yanıb.
Hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “İnter” futbol klubunun futbolçularının olduğu mikroavtobus qəfildən alışıb.
Məşqçisi Zöhrab Mahmudov bildirib ki, avtobusda olan 20 futbolçudan xəsarət alan olmayıb.
Mikroavtobusa tüstü dolan kimi futbolçular maşından düşürülüb.
Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub, yanğın söndürülüb.(apa)