Bakıda İran vətəndaşı döyüldü

Bakıda İran vətəndaşı döyüldü
11:22 24 Noyabr 2016
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Binəqədi rayonunda əcnəbi vətəndaşa qarşı cinayət hadisəsi törədilib. 

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, rayon ərazisində İran İslam Respublikasının vətəndaşı Tohid Hüseyn naməlum şəxs tərəfindən döyülərək qarət edilib.  

O, baş verən hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə şikayət edib. 

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Mehdi İlyasov tutulub.

Faktla bağlı cinayət işi başlanıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/492535.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR