Mikrorayonda qaz niyə yoxdur?

Mikrorayonda qaz niyə yoxdur?
11:32 24 Noyabr 2016
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Artıq 1 sutkadır ki, 9-cu mikrorayona qaz verilmir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı sakinlər veriblər. Onlar bildiriblər ki, mikrorayonun bəzi hissəsinə ümumiyyətlə qaz verilmir, bəzi hissəsində isə qazın təzyiqi çox aşağıdır: "O qədər aşağı təzyiqlə verilir ki, verilməsə ondan yaxşıdır. Dəfələrlə "qaynar xətt"ə zəng vurmuşuq, ancaq bir xeyri yoxdur".

Sayt məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayevlə əlaqə saxlayıb. İ. Kərbalayev sözügedən ərazidə qazla bağlı hər hansı bir problemin olmadığını, sakinlərin yenidən "qaynar xətt"ə müraciət etmələrini bildirib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR