Korrupsiyada ittiham olunan keçmiş məmura vəzifə verildi?

Korrupsiyada ittiham olunan keçmiş məmura vəzifə verildi?
11:42 24 Noyabr 2016
165 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azəristiliktəchizat" ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev təmsil etdiyi qurumda yeni sədr müavini təyinatı olması ilə bağlı mediada yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az xəbər verir ki, R. Əliyev qafqazinfo-ya açıqlamasında deyib ki, "Azəristilik" ASC-yə yeni sədr müavini təyin olunmayıb: "Bildirirlər ki, "Azəriqaz" İstehsalat Birliyi baş direktorunun satış və istismar üzrə sabiq müavini olmuş Qamət Məmmədov hazırda bizim qurumda sədr müavini vəzifəsini icra edir. Qeyd etmək istəyirəm ki, hazırda bizdə sədr müavini postunu İlham Mirzəliyev tutur. Yayılan məlumatın heç bir əsası yoxdur".

Qeyd edək ki, Qamət Məmmədovun "Azəristiliktəchizat" ASC-yə yeni sədr müavini təyin olunması ilə bağlı xəbəri medianews.az saytı yaymışdı. Xəbərdə qeyd olunurdu ki, Q. Məmmədov vaxtilə "Azəriqaz" İB-dən korrupsiya ittihamı ilə işdən azad olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/492543.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR