Boğaz ağrısı və öskürək zamanı "təbii vasitə"

Boğaz ağrısı və öskürək zamanı "təbii vasitə"
11:57 24 Noyabr 2016
170 Ölkə
Ölkə mətbuatı
A- A+

Havalar soyuduqca bədənin müqaviməti düşür. Günəş şüaları azaldığı üçün fikizi stress artır. Orqanizm zəiflədiyi üçün xəstəliyə yoluxma daha tez baş verə bilər. Buna görə immuniteti zəif olan insanlarda bu dəyişiklik özünü daha qabarıq göstərir. Hava soyuq olduğu üçün dəri quruyur, çatlayır, infeksiya və allergik reaksiyalara açıq olur. Burun və ağız içi mukoza soyuğun təsirindən quruduğu üçün qoruyucu mexanizmlər pozulur və mikroblar ağız-burun yolu ilə asanca bədənə daxil olur. Payız xəstəlikləri arasında qrip və soyuqdəyməyə daha çox rast gəlinir: soyuqdəymə və qrip viruslarla yaranan xəstəliklərdir. Əlamətləri halsızlıq, qızdırma, boğazda yanma, burun tutulması, axması və əzələ ağrılarıdır. Bakteriyaların törətdikləri infeksiyalar zamanı isə şiddətli boğaz ağrısıhərarətin yüksəlməsisəs batıqlığıqıcıq tərzində öskürək və ağrı meydana gəlir.

Boğaz ağrısı geniş yayılmış xəstəlikdir. Boğaz ağrısına səbəb olan müxtəlif faktorlar var. Boğaz ağrısı, əsasən, udqunanda boğazda pisləşən ağrı kimi özünü göstərən boğazın iltihablanması prosesidir.

FonSEPT  yuxarı tənəffüs yollarının öskürəklə müşayiət olunan xroniki və kəskin iltihabi xəstəliklərinin (faringit, laringit, yuxarı tənəffüs yollarının selikli qişasının mexaniki qıcıqlanması) simptomatik müalicəsi və boğaz ağrıları zamanı istifadə olunan preparatdır.

FonSEPT bitki tərkibli sorma tabletlərin 4 növü var:

FonSEPT portağal tamlı sorma tabletin tərkibi biyan kökü, C vitamini və sinkdirBiyan kökü sınanmış bəlğəmgətirici vasitədir - bəlğəmi durulaşdırır və onun nəfəs yollarından xaric olunmasını asanlaşdırır, səsin xırıldamasını aradan qaldırır. Tərkibindəki saponin və qliserizin xam maddələri sayəsində sinəni yumşaldır və bəlğəm gətirir. Bu bitki həm də bronxit, soyuqdəymə və qrip kimi xəstəliklərdə və boğaz ağrılarında rahatladıcı təsirə malikdir. İmmun sistemini qüvvətləndirir. C vitamini tənəffüs yollarında damarlarda keçiriciliyi azaldaraq, şişkinliyi götürür, iltihabəleyhinə, allergiya əleyhinə təsir göstərir. Selikli qişalarda bərpa proseslərini sürətləndirir, infeksiyalara qarşı davamlılığı artırır. Sink immunitet sistemini gücləndirir, infeksiyalardan qoruyur. Bədəndəki mikrobları öldürür. C vitamini və sink əksər virus xəstəliklərinə qarşı möcüzəli vasitədir. Tədqiqatlar göstərmişdir ki, sink hüceyrələrə antivirus təsiri göstərir. Orqanizmin müdafiə prosesini gücləndirir, antimikrob aktivliyi artırır.

FonSEPT naringi tamlı sorma tabletin tərkibinə zəncəfil, zərdəçal və ardıc daxildir. Zəncəfil soyuqdəymənin qarşısını alır, əsasən, qrip, bronxit, kəskin respirator virus infeksiyalarını, öskürəyi aradan qaldırır. Tənəffüs yollarını açır. Yerli isidici xüsusiyyəti vardır, immun sistemi aktivləşdirir. Zərdəçal iltihabəleyhinə, antiseptik, antioksidant xüsusiyyətə malik olub, boğazda ağrını götürür, iltihablaşmış ağız boşluğunun selikli qişasını dezinfeksiya edir. Ardıc güclü dezinfeksiyaedici, bəlğəmgətirici effekt göstərir.

FonSEPT nanə tamlı sorma tabletin tərkibi evkalipt, mentol və nanədir. Evkalipt antiseptik, mikrobəleyhinə - bakterisid, virusəleyhinə, fungisid, antiprotozoy təsirə malik olub, onların tənəffüs yollarında artıb çoxalmasının qarşısını alır. Evkalipt istifadəsi zamanı eyni zamanda ağrıkəsici, iltihabəleyhinə, bəlğəmgətirici, mukolitik (bəlğəmin yumşalması), bronxolitik (boğulmanın azalması) kimi effektlər də yaranmış olur. Mentol yerli olaraq yayındırıcı effektə malik olub, ağrı hissiyyatını, göynəmə, qaşınma hissini aradan qaldırır. Antimikrob, iltihabəleyhinə təsiri vardır. Nanə spazmolitik təsir edib, tənəffüs yollarında rahat tənəffüsü təmin edir, bundan əlavə yerli ağrıkəsici, antiseptik effekti də vardır. Qrip, öskürək zamanı nanənin çox xeyri vardır. Nəfəs almağı asanlaşdırır. Bəlğəm gətiricidir.

FonSEPT limon tamlı sorma tebletin tərkibinə isə exinaseya, bal və propolis daxildir. Exinaseya bitkisi çox tanınmış təbii immuniteti stimullaşdıran bitkidir. Elmi araşdırmalar nəticəsində sübut olunub ki, exinaseya immum mexanizmləri aktivləşdirir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır. Exinaseya təbii "antibiotik"dir. Bu bitki orqanizmdə ziyanlı mikrobların çoxalmasının qarşısını almaq qabiliyyətinə malikdir. Bal antibakterial, iltihabəleyhinə, antiallergik təsirə malikdir. Bu xüsusiyyətlərə görə bal soyuqdəymə xəstəlikləri zamanı çox yaxşı müalicəvi effekt verir. Bal təbii immunostimulyatordur - o, insanın immunitetini gücləndirir, orqanizmin xəstəliklər və infeksiyalara qarşı olan davamlılığını artırır. Propolisin güclü bakterisid, iltihabəleyhinə təsiri vardır. Virus, bakteriya, göbələkləri məhv edir. Aktiv iltihabəleyhinə təsir edərək boğaz - udlaqda ağrını, qızartını aradan qaldırır. Propolisin antimikrob təsiri çox məşhurdur. Adi antibiotiklərdən fərqli olaraq propolisə qarşı mikroblarda dayanıqlılıq əmələ gəlmir.

FonSEPT sorma tabletlərinin bütün növləri bitki tərkibli olduğu üçün istifadəsi tam təhlükəsizdir.

İstifadə qaydası: 1 tablet 2 saatdan bir təyin olunur. Tabletləri ağızda tədricən sormaq lazımdır.

Sifariş üçün *7700 nömrəsinə və ya aptekonline.az səhifəsinə müraciət edə bilərsiniz.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/492557.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR