Bakıda biri polis mayoru olmaqla 3 nəfərə xəsarət yetirən dəstənin ikinci üzvü saxlanılıb

Bakıda biri polis mayoru olmaqla 3 nəfərə xəsarət yetirən dəstənin ikinci üzvü saxlanılıb
11:57 24 Noyabr 2016
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ Bakıda biri polis mayoru olmaqla üç nəfərə xəsarət yetirən dəstənin ikinci üzvü saxlanılıb
"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də K.Məsimova, A.Cəbrayılova və N.Abdullayevə bıçaqla xəsarət yetirməklə sağlamlıqlarına ağır zərər vurmaqda şübhəli bilinən digər şəxs - paytaxt sakini, əvvəllər məhkum olunmuş Əli Həsənov tutulub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, N.Abdullayev polis mayorudur

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-biri-polis-mayoru-olmaqla-3-nefere-xesaret-yetiren-destenin-ikinci-uzvu-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR