Bakıda TürkPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının iclası keçirilib

Bakıda TürkPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının iclası keçirilib
12:07 24 Noyabr 2016
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının ikinci iclası keçirilib.
“Report”un xəbərinə görə, Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycanın TürkPA-dakı nümayəndə heyətinin üzvü Əhliman Əmiraslanov deyib ki, ətraf mühitin problemlərinə cəmiyyət həssas olmalıdır.
Onun sözlərinə görə, cəmiyyət ətraf mühitlə bağlı problemlərlə məşğul olmazsa, gələcəkdə çox ciddi təhlükələr yarana bilər: “Əsas problemlərdən biri iqlim dəyişikliyi və Günəşin azon qatının deşilməsidir. Ətraf mühitə insanların atdığı tullantılar ciddi təhlükə yaradır. Hazırda dünyada içməli su problem də var. 1.5 milyard insan çirkli sudan istifadə edir. Bundan başqa, torpaqların eroziyaya uğraması nəticəsində də məhsuldarlıq azalır, meşə sahələri qırılır, bunun cüzi hissəsi bərpa edilir. Son yüz ildə dünyada əhalinin dörd dəfə artması, sənaye müəssisələrinin çoxalması bu cür ptoblemlər yaradır”.
Ə.Əmiraslanov qeyd edib ki, bu problemlərin aradan qaldırılması üçün təkliflər irəli sürülməlidir.
TürkPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyanın sədr müavini, Türkiyənin TürkPA-dakı nümayəndə heyətinin üzvü Feyzullah Kıyıklık deyib ki, iqlim dəyişikliyi təmsil etdiyi ölkəyə də təsirsiz ötüşmür.
O bildirib ki, TürkPA-ya üzv olan ölkələr birləşərək belə problemlərlə birgə mübarizə aparmalıdırlar: “Ətraf mühitin problemlərinə həsr olunan 63 səhifəlik sənəd hazırlanıb, bu sənəddə iqlim dəyişikliyi ilə bağlı məsələyə toxunulub".
İclasda çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev xatırladıb ki, bu günə qədər ölkədə ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı 45 qanun qəbul olunub: “Əgər müstəqilliyin ilk illərində Azərbaycanda xüsusi mühafizə olunan ərazilər 4.5 faiz idisə, bu gün həmin rəqəm 10.5 faizə çatıb. 2000-ci ildə ölkədə 1 milli park var idi. Hazırda isə ölkəmizdə 9 milli park var. Ölkədə 10.3 faiz xüsusi mühafizə olunan ərazi var. Bu gün Avropada vəhşi təbiət qalmayıb. Əgər vəhşi təbiət görmək istəyirsinizsə, buyurun, Azərbayacan gəlin”.
İclas müzakirələrlə davam edib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/bakida-turkpa-nin-etraf-muhit-ve-tebii-ehtiyatlar-komissiyasinin-iclasi-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR