OPEC baş katibinin Azərbaycana səfəri gözlənilir

OPEC baş katibinin Azərbaycana səfəri gözlənilir
12:12 24 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

OPEC-in baş katibi Mohammad Sanusi Barkindo Azərbaycana rəsmi səfərə gəlmək niyyətini açıqlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev "Respublika" qəzetində dərc edilmiş məqaləsində bildirib.
 
Bu səfərin kartellə əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaradacağı, neft ixrac edən ölkələr sırasında və dünyada Azərbaycanın nüfuzunu daha da artıracağı nəzərə alınaraq, prezident İlham Əliyevin razılığı ilə M. Barkindoya energetika naziri tərəfindən dəvət məktubu göndərilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR