Prezident təqaüdçülərinin konserti olacaq

Prezident təqaüdçülərinin konserti olacaq
12:47 24 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ Muğam Mərkəzində noyabrın 28-də Prezident təqaüdçülərinin konserti olacaq.
Bu barədə "Report"a Mədəniyyət ve Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Azərbaycanda “Multikulturalizm ili” elan edilməsinə həsr olunan konsertdə yerli və xarici ölkə bəstəkarlarının əsərləri ifa ediləcək.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” fərmanına uyğun olaraq, musiqi sahəsində gənc istedadların adları Azərbaycanın “Qızıl kitabı”na yazılıb. Buna əsasən həmin gənclər Azərbaycan Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR