On müharibədən biri başlandı – Əsədin saytından ŞOK İDDİA

On müharibədən biri başlandı – Əsədin saytından ŞOK İDDİA
12:53 24 Noyabr 2016
152 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarında Türkiyə topçu birlikləri Lazikiye yaxınlığında yerləşən Suriya ordusunun qüvvələrini vurub.

Publika.az xəbər verir ki, bu haqda Dəməşq rejiminə yaxın “Əl Masdar əl Arabi” saytı bildirib.

Saytın hərbi mənbəyə istinad edərək verdiyi xəbərə görə, Türkiyə ordusu, Navara qəsəbəsində Suriya ordusuna atəş açıb. Suriya ordusunda itkinin olmadığı, ancaq bölgədən çəkilmək məcburiyyətində qaldığı deyilir.

Türkiyə ordusunun daha əvvəl də Hələbin şimalında PYD güclərinə hava hücumu təşkil etdiyi xəbər verilir.

Gecə saatlarında isə Suriya ordusunun Hərbi Hava Qüvvələri türk əsgərlərinə qarşı hücum təşkil edib.Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahından verilən son məlumata görə, hücumda 3 əsgər şəhid olub, 10-u yaralanıb.

Qeyd edək ki, Türkiyə-Suriya arasında müharibə Yaxın Şərqdə baş verə biləcək 10 müharibədən biri hesab edilir. ABŞ-ın “Vaşinqton Post” nəşri bir müddət əvvəl Yaxın Şərqdə 10 yeni müharibənin başlaya biləcəyini iddia edib. Qəzetin müharibə ssenarilərinin 3-də Türkiyə var. Bunlar ABŞ-ın dəstəklədiyi YPG ilə Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu, Türkiyə və suriyalı kürdlər, Türkiyə ilə Suriya arasında baş verə biləcək müharibələrdir.

Amerika nəşrinin iddiasına görə, Yaxın Şərqdə başlana biləcək digər müharibələr aşağıdakı tərəflər arasında baş verə bilər:

1. Suriyalı kürdlərlə Suriya

2. ABŞ-la Suriya

3. İraqlı kürdlərlə İraq hökuməti

4. İraqlı kürdlərlə şiə qüvvələri

5. Kürdlərlə digər kürd qüvvələri

6. Sünni ərəblərlə şiələr və ya kürdlər

7. İŞİD-lə digər bütün qüvvələr

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/177173.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR